Misli Premyer Liqasının XIX turunda baş tutan "Neftçi" - "Sabah" görüşündə qalib müəyyənləşməyib.
Publika.az xəbər verir ki, "Neftçi Arena"da keçirilən turun son görüşü heç-heçə yekunlaşıb - 1:1.
78-ci dəqiqədə "Neftçi"nin müdafiəçisi Azər Salahlı avtoqol müəllifi olub. Cəmi 1 dəqiqə sonra isə Andrey Ştoqrin komandasının bərabərlik qolunu vurub.
Bu nəticədən sonra Samir Abasovun baş məşqçisi olduğu kollektiv xallarının sayını 18-ə çatdırıb və turnir cədvəlində yeddinci yerə yüksəlib. "Sabah" isə 27 xalla 5-ci pillədə qərarlaşıb.