Türkiyəyə gəldikdən sonra karyerasında sürətli eniş yaşamağa başlayan Uilfrid Zaha ilə bağlı yeni xəbər var.
''Football-plus.az'' xəbər verir ki, ''Qalatasaray''da ötən mövsüm 10 qol, 5 məhsuldar ötürməlik performansına baxmayaraq həm oyun, həm də xarakter baxımından Okan Buruku məmnun etməyən təcrübəli futbolçu 2024-ün yayında ''Lion''a icarəyə verildi. Amma kot d'İvuarlı vinger Fransada da çox tab gətirə bilmədi. Baş məşqçi Pyer Saj ilə ulduzu barışmayan və uzun müddət əsas komandadan kənar qalan Zaha cəmi 7 rəsmi oyuna çıxaraq aktivinə 1 məhsuldar ötürmə yaza bildi.
Bu arada Zahanın yeni klubunun adı bəlli olmaq üzrədi. Belə ki, uzun müddətdi ABŞ təmsilçisi ''Şarlott'' ilə danışıqlar aparan 32 yaşlı futbolçu bu klubla ilkin anlaşma əldə edib. Türkiyə mətbuatının yazdığına inansaq, ''Şarlott'' Zahanı ilyarımlığa icarəyə götürmək niyyətindədi. Çünki tanınmış futbolçunun ''Qalatasaray''la məhz ilyarımlıq müqaviləsi qalıb. Bu müddət tamam olduqdan sonra Zaha sərbəst statusda ''Şarlott'' ilə yeni müqavilə imzalayacaq. Zahanın ''Qalatasaray''da illik qazancı 4,35 milyon avrodu.
''Şarlott'' bu ilyarımlıq müddət ərzində bu məbləğin böyük hissəsini ödəməyi boynuna götürüb.
ƏLİ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta