Ajans.az xəbər verir ki, bu barədə "Mehr" agentliyi İran ordusunun bəyanatına istinadən məlumat yayıb.
Bəyanata görə, təlimlər qarşıdakı iki gün ərzində davam edəcək:
"Ordunun quru qüvvələrinin hücum və təhlükəsizlik təlimləri döyüş qabiliyyətini artırmaq, yeni silah və texnikanın gücünü nümayiş etdirmək üçün keçiriləcək".
Təlimdə artilleriya, zirehli qüvvələr, hava-desant qoşunları, pilotsuz uçuş aparatları, elektron döyüş vasitələri, ordunun quru qüvvələrinin 840-cı Raket qrupunun bölmələri və Rəzəvi Xorasan əyalətinin Törbat-e-Cam bölgəsində digər logistika bölmələri iştirak edəcək.