AZ

Qars valisi, bələdiyyə başqanı və diaspor təşkilatlarının rəhbərləri ilə görüş keçirilib (FOTO)

Bakı. Trend:

Türkiyədə səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsininsədri Fuad Muradov Qarsda bir sıra görüşlər keçirib.

Trend xəbər verirki, komitə sədrini səmimi salamlayan Qars valisi Ziya PolatTürkiyə-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olmasındanməmnunluğunu bildirib, əlaqələrin intensivliyinin iki qardaş ölkəarasında münasibətlərin inkişafına töhfə verdiyini vurğulayıb.

Səmimi qəbula görə təşəkkür edən sədr komitənin fəaliyyətistiqamətləri barədə geniş məlumat verib, Türkiyə və Azərbaycanınsarsılmaz dostluğuna və burada məskunlaşan azərbaycanlılarınözlərini ana vətəndə hiss etdiklərinə diqqət çəkib.

Qarsda yaşayan azərbaycanlıların fəaliyyəti ilə bağlı genişfikir mübadiləsi aparılıb, əlaqələrin perspektivləri müzakirəolunub.

Komitə sədrinin növbəti görüşü Qars Bələdiyyəsinin sədri,Prof.Dr.Ötükən Sengerlə olub. Bələdiyyə sədri Azərbaycanla Türkiyəarasında əlaqələrin tarixinə nəzər salıb, ortaq keçmiş, ortaq dil,ortaq mədəniyyət və bizi birləşdirən digər məqamlarla bağlıfikirlər səsləndirib. Soydaşlarımızın öz bilik və bacarıqları iləyaşadıqları ölkəyə töhfələr verdikləri nəzərə çatdırılıb,qarşılıqlı maraq doğuran məsələlər, gələcək əməkdaşlıq imkanlarıbarədə danışılıb.

Qars səfəri çərçivəsində DİDK sədri Azərbaycanın Qarsdakı BaşKonsulluğunu ziyarət edib, Baş konsul Zamin Əliyevlə və Qarsdafəaliyyət göstərən Azərbaycan dərnəklərinin rəhbərləri və üzvləriilə görüş keçirib. Görüşdə Komitənin fəaliyyəti və həyata keçirdiyilayihələr barədə məlumat verilib, Qarsdakı diaspor təşkilatlarınagələcək fəaliyyətləri ilə bağlı tövsiyələr çatdırılıb. Görüş üçüntəşəkkür edən dərnək rəhbərləri göstərilən diqqətə görə Azərbaycandövlətinə təşəkkür edib, perspektiv fəaliyyət planları barədəfikirlərini bildiriblər.

Qars
Qars
Qars
Seçilən
30
2
az.trend.az

1Mənbələr