AZ

Super Liqa: “Fənərbaxça” Adanada 4 cavabsız qola sevindi

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 20-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə dörd qarşılaşma baş tutub.

Altı qolun qeydə alındığı “Konyaspor” – “Kasımpaşa” matçında qalib müəyyənləşməyib. “Göztəpə” doğma meydanda “Antalyaspor”a tək qolla qalib gəlib. “Eyüpsor” evdə “Alanyaspor”u 3 cavabsız qolla məğlub edib. Autsayder “Adana Dəmirspor”un qonağı olan “Fənərbaxça” da 4 cavabsız qola sevinib.

20-ci turun qalan görüşləri yanvarın 20-də keçiriləcək.

Türkiyə, Super Liqa
20-ci tur
17 yanvar

Hatayspor – Qalatasaray 1:1
Qollar: C.Sertal, 28 – Osimhen, 56-pen.

18 yanvar

Başakşəhər – Rizəspor 2:0
Qollar: Fiqeyredo, 21-pen. O.Şahiner, 90+11.

Qaziantep – Bodrumspor 0:0

Beşiktaş – Samsunspor 0:0

19 yanvar

Göztəpə – Antalyaspor 1:0
Qol: Juan Santos, 8.

Konyaspor – Kasımpaşa 3:3
Qollar: Kramer, 20; 63. U.Nayir, 82 – Brekalo, 53. G.Gül, 70. A.Barak, 87.

Adana Dəmirspor – Fənərbaxça 0:4
Qollar: En Nesiri, 69; 71. Dzeko, 74. C.Tosun, 90+1.

Eyüpsor – Alanyaspor 3:0
Qollar: R.Yalçın, 45+2. E.Akbaba, 65-pen. M.Tiam, 75.

20 yanvar

21:00. Trabzonspor – Sivasspor

Seçilən
48
22
arena.az

10Mənbələr