AZ

A Seriyası: “İnter” evdə, “Latsio” səfərdə qalib gəldi

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2024/2025-ci illər mövsümünün 21-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə beş qarşılaşma baş tutub.

“Fiorentina” – “Torino” və “Parma” – “Venesiya” matçlarında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Səfərdə “Verona” ilə qarşılaşana “Latsio” darmadağına sevinib. “Kalyari” də “Leççe” ilə ev oyununda böyük hesabla qələbə qazanıb. Son çempion “İnter” isə bu dəfə “Empoli”ni məğlub yola salıb.

18-ci tura yanvarın 20-də keçiriləcək “Komo” – “Udineze” oyunu ilə yekun vurulacaq.

İtaliya, A Seriyası
21-ci tur
17 yanvar

Roma – Cenoa 3:1
Qollar: Dovbik, 25. El Şaaravi, 60. Leali, 73-öz qapısına – Masini, 33.

18 yanvar

Bolonya – Montsa 3:1
Qollar: Kastro, 22. Odqard, 34. Orsolini, 69 – Maldini, 4.

Yuventus – Milan 2:0
Qollar: Mbanqula, 59.

Atalanta – Napoli 2:3
Qollar: Reteqi, 16. Lukman, 55 – Politano, 27. Maktominey, 40. Lukaku, 78.

19 yanvar

Fiorentina – Torino 1:1
Qollar: M.Kin, 38 – Ginetis, 70.

Kalyari – Leççe 4:1
Qollar: Qaetano, 60. Luperto, 65. Zortea, 80. Obert, 83 – Pyerotti, 42.

Parma – Venesiya 1:1
Qollar: Hernani, 56-pen – Pohyanpalo, 20-pen.

Verona – Latsio 0:3
Qollar: Jiqo, 2. Dia, 21. Zakkayni, 58.

İnter – Empoli 3:1
Qollar: L.Martines, 55. Dumfris, 79. Türam, 89 – Espozito, 83.

20 yanvar

23:45. Komo – Udineze

Seçilən
45
23
arena.az

10Mənbələr