Türkiyə birinci liqasında 20-ci turun oyunları keçirilib.
QOL.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi “Boluspor” səfərdə "İğdır"la qarşılaşıb. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. İsgəndərli start heyətində meydana çıxıb və 61-ci dəqiqədə - hesab açılmamış əvəzlənib.
Bu nəticədən sonra "Boluspor" 31 xalla 6-cı pillədə qərarlaşıb.