Azərbaycan millisinin üzvü Rusiyada klubunu dəyişib.
Azərbaycanın qadınlardan ibarət millisinin futbolçusu Alina Dorofeyeva Rusiya Superliqası təmsilçisi "Rubin"ə transfer olunub.
"Operativ Media" xəbər verir ki, bu barədə Superliqanın mətbuat xidməti məlumat yayıb.
26 yaşlı müdafiəçi ilə müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, milli üzvü son mövsümü digər Superliqa təmsilçisi "Yenisey"də keçirib. O, meydana çıxdığı 24 oyunda 2 qol və üç məhsuldar ötürmə ilə yadda qalıb.