Hüquq-mühafizə orqanlarının əməkdaşları Ukraynanın 4 vilayətində qanunsuz silah satışını ifşa etmək üçün xüsusi əməliyyat keçirib və 15 nəfər saxlanılıb.
Bu barədə Publika.az Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) saytına istinadla xəbər verir.
“Təhlükəsizlik Xidməti və Milli Polis Ukraynanın dörd regionunda ələ keçirilən silah və sursatların qanunsuz satışının qarşısını alıb”, - deyə məlumatda bildirilir.
Xüsusi əməliyyat nəticəsində 24 saat ərzində, demək olar ki, eyni vaxtda qanunsuz olaraq hərbi silah satışına cəhd edən 15 təqsirləndirilən şəxs saxlanılıb.