AZ

Ağdaşda “Kənd məktəbində rəqəmsal riyaziyyatçılar” layihəsinin bağlanış mərasimi keçirildi - Vətən Naminə

">

Tədbirdə layihə rəhbəri Ülkər Əmirli layihə çərçivəsində görülən işlər və əldə olunan uğurlar haqqında geniş məlumat verib. O bildirib ki, 3 ay ərzində həyata keçirilən layihə çərçivəsində şagirdlərin rəqəmsal texnologiyalar vasitəsilə riyaziyyat fənninə olan maraqları artırılıb və bu istiqamətdə uğurlu nəticələr əldə olunub.

Bağlanış mərasimində layihə çərçivəsində təşkil olunmuş yarışlarda qalib gələn şagirdlər təltif olunub və mükafatlar təqdim edilib. Tədbirdə iştirak edən valideynlər və məktəb kollektivi layihənin uğurlu icrası və şagirdlərdə yaratdığı motivasiya üçün təşəkkürlərini bildiriblər.

Layihə haqqında

“Kənd məktəbində rəqəmsal riyaziyyatçılar” layihəsi məktəbin informatika müəllimi Ülkər Əmirli tərəfindən həyata keçirilib. Layihənin əsas məqsədi rəqəmsal bacarıqlar vasitəsilə riyaziyyat fənninin tədrisini daha əyləncəli və əlçatan etmək, xüsusilə təlim nəticələri zəif olan şagirdlərin öyrənmə həvəsini artırmaq olub.

Layihə çərçivəsində şagirdlər “Khan Academy” proqramı vasitəsilə 4 mövzu üzrə rəqəmsal dərslər alıblar. Bundan əlavə, “Math Games” və “Kahoot!” proqramlarında təşkil olunan interaktiv yarışlar onların fənnə olan marağını artırıb. Təlim nəticələri yüksək olan şagirdlər üçün isə məntiq üzrə xüsusi təlimlər keçirilib. Bu təlimlər Bəhman Məmmədov tərəfindən onlayn formada təşkil olunub və şagirdlərin analitik düşünmə qabiliyyətlərinin inkişafına töhfə verib.

Bu təşəbbüs, kənd məktəbində rəqəmsal tədrisin yeni imkanlarını nümayiş etdirərək, təhsil sahəsində innovativ yanaşmanın əhəmiyyətini bir daha ön plana çıxardı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist

Seçilən
49
11
vetennamine.az

10Mənbələr