20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndələri yanvarın 20-də - Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanını ziyarət ediblər.
"Unikal" xəbər verir ki, YAP-ın nümayəndələri Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər gül dəstələri düzüblər.
Fotolar: Ayxan Məlikov