AZ

Bu bankın biznes kreditləri portfeli 107 milyon manatdan çox artıb

2024-cü ildə "Unibank"ın cəmi kredit portfeli (müştərilərə verilmiş kreditlər) 106 milyon 782 min manat və ya 10.2% artaraq 31 dekabr 2024-cü il tarixində 1 milyard 154 milyon 523 min manat təşkil edib.

Marja.az Bankın rüblük hesabatlarına istinadən xəbər verir ki, o cümlədən, Bankın biznes kreditləri portfeli 107 milyon 507 min manat artaraq 436 milyon 904 min manata, ipoteka kreditləri portfeli 8 milyon 354 min manat artaraq 99 milyon 92 min maant yüksəlib, istehlak kreditləri portfeli isə 9 milyon 79 min manat və ya 1,4% azalaraq  618 milyon 527 min manata düşüb.

Qeyd edək ki, "Unibank" ASC 2024-cü ili 20 milyon 400 min manat xalis mənfəət ilə başa vurub.

Seçilən
48
11
marja.az

8Mənbələr