Azərbaycanın Türkmənistandakı Səfirliyi 20 Yanvar faciəsi ilə bağlı bir sıra məlumatlandırma tədbirləri həyata keçirib.
Bu barədə səfirlikdən bildirilib.
Məlumata görə, xalqımıza qarşı törədilmiş bu qanlı aksiyanın dünya ictimaiyyətinə daha ətraflı çatdırılması üçün Mərkəzi Asiyanın ən nüfuzlu resurslarından sayılan “NewsCentralAasia” informasiya portalında Səfirlik tərəfindən “20 Yanvar-Azərbaycanın şərəf və qəhrəmanlıq salnaməsi” başlıqlı material dərc edilib, eləcə də sözügedən məlumat yerli media orqanlarına təqdim edilib.
Materialda 20 Yanvar faciəsinin Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərdiyi, Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olduğu vurğulanıb.
Eyni zamanda, Səfirlik xalqımıza qarşı törədilmiş bu qanlı aksiyanın dünya ictimaiyyətinə daha ətraflı çatdırılması üçün özünün internet saytında və sosial şəbəkələrdəki hesablarında türkmən, ingilis, rus və Azərbaycan dillərində 20 Yanvar faciəsi ilə bağlı geniş məlumat, video-materillar yerləşdirib.
"Cebheinfo.az"