İngiltərənin “Mançester Yunayted” klubu futbolçusu Antonini icarəyə vermək niyyətindədir.
Msport.az xəbər verir ki, 24 yaşlı vinger karyerasını İspaniyada davam etdirə bilər.
Braziliyalı oyunçu “Betis”lə müqavilənin detallarını razılaşdırıb.
Klublar arasında danışıqlar isə bu həftə yekunlaşmalıdır. Onun maaşının bir hissəsini Mançester təmsilçisi ödəyəcək.
Qeyd edək ki, Antoni Premyer Liqanın cari mövsümündə 8 oyun keçirib.