AZ

Plastik cərrahlarla bağlı problemlər araşdırılır - Baş prokuror

Plastik
Səhiyyə Nazirliyi və Baş Prokurorluq saxta sertifikatlı plastik cərrahlarla bağlı birgə komissiya yaradıb. Səhiyyə Nazirliyinin müraciəti əsasında faktlarla bağlı cinayət işi başlanılıb. 1news.az APA-ya istinadən xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.
Kamran Əliyev deyib ki, istintaq davam edir, gedişat barədə ətraflı məlumat veriləcək:

"Baş prokurorluq, Səhiyyə Nazirliyi və digər qurumlar bu sahədəki problemləri araşdırıb, gələcəkdə baş verməməsi üçün qabaqlayıcı tədbirlər görəcək".

Seçilən
9
7
1news.az

9Mənbələr