AZ

20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Ağdam rayonunda bir dəqiqəlik sükut olub

Ağdam. Trend:

Bu gün saat 12:00-da 20 Yanvar faciəsinin 35-ci ildönümü iləəlaqədar Ağdam rayonunda bir dəqiqəlik sükut olub.

Trend-in xəbərinə görə, Ağdam Rayon İcra Hakimiyyətinümayəndələri, aparatın əməkdaşları, şəhid ailələri və qazilər,hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarınrəhbərləri, rayon ziyalıları və ictimaiyyət nümayəndələri sükutdaiştirak ediblər.

Qeyd edək ki, bu gün Azərbaycanda 20 Yanvar faciəsinin 35-ciildönümüdür.

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizətarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı il yanvarın20-də ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanıntəcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlarahavadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarınaçıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinəqarşı Sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycandamisli görünməmiş faciəyə gətirib çıxardı.

Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəfvə ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarındankeçərək şəhidlik zirvəsinə ucaldılar.

Seçilən
9
az.trend.az

1Mənbələr