Futbol üzrə Azərbaycan Premyer Liqasının 19-cu turunun “Turan Tovuz”la ev oyunu “Kəpəz”in iki futbolçusu üçün əlamətdar olub.
Arena.az xəbər verir ki, Turan Manafov və Kərim Lkuça Gəncə klubunun heyətində ölkə çempionatlarında ilk qollarını vurublar.
Bu qarşılaşmaya qədər Gəncə klubunun 148 futbolçusu rəqib qapısına yol tapıb. Dubl müəllifi Turan bu siyahıda 149-cu, Karim isə “Kəpəz” üçün Premyer Liqada qol vuran 150-ci futbolçu olub.
Xatırladaq ki, yalnız üç klubun – “Qarabağ”, “Neftçi” və “Şamaxı”nın heyətində daha çox oyunçu fərqlənib.