AZ

Bir qolu dəfn olunan riyaziyyat dahisi… – Yusif Sadıxov

Xalqın qan yaddaşı olan 20 yanvar … Düz 35 il bundan əvvəl azadlıq uğrunda mübarizəyə qalxanlar arasında Yusif Sadıxov da vardı …

Əslən Göyçədən olan Yusif çox savadlı gənc idi.

26 yaşlı Yusif Sadıxov riyaziyyat dahisi olub. Hətta müəllimləri zarafatla deyirmiş ki, heyf ki, riyaziyyatçılara Nobel mükafatı verilmir, yoxsa Yusif onu alan ən gənc alim olardı. Yanvar ayının 19-da Yusif 26 yaşını qeyd edib. 20 Yanvar günündə İnqilab dairəsində tank onun üstündən keçib. Yusifin bircə qolu tapılaraq, Şəhidlər Xiyabanında dəfn olunub.

20 Yanvar hadisələrinin 35-ci ildönümü ərəfəsində Universal Hospital olduqca təqdirəlayiq bir təşəbbüs göstərdi. Belə ki, əslən qədim Göyçə mahalından olan professor Xaliq Sadıxov hospitala dəvət olundu. Onunla 20 Yanvar günü şəhid olan qardaşı Yusif Sadıxov barəsində danışıldı.

Professor Xaliq Sadıxov qardaşı ilə bağlı ancaq xoş xatirələrini bölüşdü, onun necə bir övlad, qardaş, vətəndaş olduğundan qürurla söz açdı . Sonda şəhid qardaşı Xaliq Sadıxova Universal Hospital tərəfindən illik müayinə və müalicə paketi təqdim edildi.

Seçilən
11
yenicag.az

1Mənbələr