Bakı,TurkicWorld
Zəfər Partiyasının sədri Ümit Özdağ haqqında prezidenti təhqir etdiyi üçün cinayət işi açılıb.
TurkicWorld xəbər verir ki, yanvarın 19-da partiyanın başçılarının müşavirə toplantısında Zəfər Partiyasının sədri Özdağın prezident Rəcəb Tayyib Ərdoğan haqqında dediyi sözlərlə bağlı İstanbul Baş Prokurorluğu hərəkətə keçib.
Özdağ barəsində "prezidenti təhqir etmək" maddəsi ilə cinayət işi açılıb.