AZ

Azərbaycanlı məşqçi FA kubokunun qalibi oldu

Azərbaycanlı məşqçi İngiltərə FA kubokunun qalibi olub.

Azərbaycanlı məşqçi Samit Nuruzadənin rəhbərlik etdiyi “Ridinq Rokets” basketbol klubu FA ölkə kubokunun qalibi olub.

"Operativ Media" xəbər verir ki, "Ridinq Rokets" finalda “Hemel Storm” klubuna qalib gəlib (108:83). Bu, Nuruzadənin komandası üçün 2013/14 mövsümündən sonra ilk tituldur.

“Bu, çox gözəl hissdir, biz uzun müddətdir ki, bunun üçün çalışırıq. “Ridinq Rokets” çox uğurlu klubdur və bəzən finallarda məğlub olsaq da, bu dəfə yaxşı çıxış etdik” deyə Nuruzadə bildirib.

Xatırladaq ki, ötən mövsüm millinin sabiq çalışdırıcısının komandası İngiltərə Basketbol Liqasının (EBL) finalında "Hemel Storm"a uduzmuşdu.

Seçilən
7
2
operativmedia.az

3Mənbələr