Azərbaycanın Ermənistanla postmünaqişə mərhələsində təmasları davam edir.
Bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, mütəmadi olaraq XİN başçıları səviyyəsində görüşlər keçirilir və bu il də proses davam edəcək.
C.Bayramov vurğulayıb ki, növbəti belə görüşün tarixi hələ bəlli deyil.
XİN başçısı həmçinin əlavə edib ki, Ermənistanla sülh müqaviləsinin mətnində 2 maddə üzrə danışıqlar hələ də davam edir.
"Ermənistanla dörd ilə yaxın davam edən danışıqlar nəticə verməyib. Ermənistandan fərqli olaraq Azərbaycan bölgədə davamlı kommunikasiyanın yaradılması məqsədilə addımlar atır. Araz çayı üzərindən İran ərazisi ilə körpü tikintisi davam edir. Ancaq Zəngəzur dəhlizi məsələsi də gündəmdədir", - nazir vurğulayıb.