AZ

"20 yanvar" faciəsinin 35 illiyinə həsr olunmuş "Bəlkə yuxu deyil?" filminin təqdimatı keçirilib

“Ahəng Psixoloji İnkişaf Və Dəstək" İctimai Birliyinin və “Məlahətli Ana" Uşaqlara Yardım İctimai Birliyi təşkilatçılığı ilə 19 yanvar 2025-ci ildə "20 yanvar" faciəsinin 35 illiyinə həsr olunmuş "Bəlkə yuxu deyil?" filminin təqdimat mərasimi Sabunçu Gənclər Evində keçirilib. 


Tədbir Azərbaycan Respublikasının Dövlət himni və Şəhidlərimizin əziz xatirəsinə 1 dəqiqəlik sükutla başladı. 
Layihə rəhbəri pedaqoq Ülviyyə Nağıyeva film haqqında öz təssüratlarını və şagirdlərinin səyini böyük qürur hissi ilə bölüşdü. 

 

Tədbirdə "Məlahətli Ana" Uşaqlara Yardım İctimai Birliyinin sədri Natiq Əhmədov, "Ahəng Psixoloji İnkişaf Və Dəstək" İctimai Birliyinin sədri Vüsalə Əmiraslanova ,əməkdar müəllim Zülfiyyə Vəliyeva, baş redaktor Yasəmən Möhübbətqızı, pedaqoq Təhminə Ağayeva, 20 yanvar faciəsinin şahidi Vahid Nağıyev çıxış edərək, film haqqında öz təssuratlarını bildirdilər. 
Tədbirdə 100 nəfər şagird və valideynlər iştirak etdi. 

 

Sonda filmin qəhrəmanı olan şagirdlər "Ahəng Psixoloji İnkişaf Və Dəstək " İctimai Birliyi tərəfindən sertifikatla təltif olundu.
 

Tədbirin təşkilində göstərdiyi dəstəyə görə "Məlahətli Ana" Uşaqlara Yardım İctimai Birliyinin sədri Natiq Əhmədova və Sabunçu Gənclər Evinin rəhbərliyinə təşəkkür edilib.

Seçilən
12
29
qht.az

10Mənbələr