![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2025/1/20/1/64a43d6a-9ff2-4d0b-87f6-183d0b64dfb3/hesret-ceferov.jpg)
“Paris Olimpiadasından sonra mənim də medalım bərbad vəziyyətə düşdü”.
Yeniavaz.com xəbər verir ki, bu sözləri APA-ya Paris-2024-ün yunan-Roma güləşi üzrə bürünc mükafatçısı Həsrət Cəfərov deyib.
Cəfərov turnirdən cəmi 3 gün sonra medalın keyfiyyətini itirdiyini bildirib:
“Vətənə qayıdanda məni qarşılayan insanlar medalımın keyfiyyətsiz olduğunu bildirdilər. Hər kəs məndən soruşurdu ki, medalın niyə bu vəziyyətdədir? Halbuki mən medalımı 3 gün öncə almışdım. Medalım cəmi 3 günə bərbad hala düşmüşdü. İndi də gün keçdikcə vəziyyət daha da pisləşir. Medalın rəngi gedir, həmçinin paslanır”.
O da bir çox idmançı kimi medalını geri qaytarmağı düşünür:
“Yeni və keyfiyyətli medalla əvəz edəcəklərini bilsəm, mən də medalımı geri qaytarardım”.
Qeyd edək ki, dünya üzrə 100-dən çox idmançı Paris-2024 Yay Olimpiya Oyunlarında qazandıqları medallar keyfiyyətsiz olduğu üçün medalları turnirin Təşkilat Komitəsinə göndəriblər.
![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2025/1/20/1/cf889375-7d67-40b5-b1d9-a600ac51bf92/hesret-ceferov-1.jpeg)
![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2025/1/20/1/88ea1cfe-145e-4b3e-9440-c167aaa8dcb7/hesret-ceferov-2.jpeg)