Olaylar.az xəbər verir ki, bu barədə ölkə Prezidenti Migel Dias-Kanel Bermudes məlumat verib.
Belə ki, ölkənin Olqin əyalətində sursat anbarında baş vermiş partlayış nəticəsində hərbçilərin ölməsi ilə əlaqədar matəm elan olunub:
"Olqin hərbi dairəsinin hərbi materiallarının saxlandığı tikinti sahəsində həlak olan igid hərbçilərin xatirəsinə yanvarın 20-si səhər saat 6-dan gecə yarısına kimi rəsmi matəm günü elan etmişik".
Xatırladaq ki, yanvarın 7-də sursat anbarında baş verən partlayışlar nəticəsində 13 hərbçi ölüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31