AZ

Nizaməddin Şəmsizadənin sağlamlıq durumu necədir?

Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadənin vəziyyəti orta ağır olaraq qalır.

Bizim.Media xəbər verir ki, bu barədə pravda.az-a onun oğlu məlumat verib.

“Atam dörd gündür, komadadır, səhhətində heç bir irəliləyiş yoxdur, oyanmayıb. Həkimlər əllərindən gələni edirlər. Çalışırlar, septik şokdadır”, - o bildirib.

Nizaməddin Şəmsizadə hazırda "Baku Medical Plaza"nın reanimasiya şöbəsindədir. O, uzun müddətdir dializ və şəkər xəstəliyindən əziyyət çəkir.

Bizim.Media

Seçilən
13
1
bizim.media

2Mənbələr