SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin rəhbərliyi 20 Yanvar şəhidinin ailəsinə baş çəkiblər.
“İki sahil” xəbər verir ki, bu barədə "Azəriqaz"məlumat yayıb.
Baş direktorun müavini Ceyhun Şıxəliyev, Aparat rəhbəri Zaur Qəribov və Həmkarlar İttifaqı Komitəsinin sədri Ədalət Qurbanov vaxtilə Birlikdə çalışan, 20 Yanvar şəhidi Şakir Atakişiyevin ailə üzvləri ilə görüş keçiriblər. Birliyin məsul şəxsləri görüş zamanı onların qayğıları ilə maraqlanıblar. Hər zaman həssas əhali kateqoriyasına aid olan əməkdaşların, həmçinin onların ailə üzvlərinin xüsusi diqqətdə saxlanıldığı qeyd edilib.
Şəhid ailəsi üzvləri onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
Məlumat üçün bildirək ki, şəhid Şakir Atakişiyevin oğlu Elşən Ağakişiyev 44 günlük Vətən müharibəsinin iştirakçısıdır. O, könüllü olaraq döyüşlərə qatılıb.