Azərbaycannın xarici işlər naziri Ceyhun Bayramov və nazirliyin heyəti 20 Yanvar - Ümumxalq Hüzn Günü münasibətilə Şəhidlər Xiyabanını ziyarət edib.
"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, ziyarət zamanı Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən oğul və qızlarımızın əziz xatirəsi dərin hörmət və minnətdarlıqla yad edilib, onların məzarları üzərinə gül dəstələri düzülüb.