AZ

ABŞ İvanişvilini seçim qarşısında qoydu:

Hakim “Gürcü Arzusu” Partiyasının  yaradıcısı və fəxri sədri Bidzina İvanişvili yeni və daha sərt sanksiyalarla üzləşib.

 

Bu barədə Pirveli TV-yə gürcü iqtisadçılar danışıblar.

 

Onların fikrincə, ABŞ İvanişviliyə son addımı atmaq imkanı verib: yaxın günlərdə siyasi məhbusları həbsdən azad edib, parlament seçkiləri təyin etsə, o zaman milyardların itkisindən qurtular.

 

Ekspertlərin iddiasına görə, ABŞ-ın verdiyi fürsətdən İvanişvilinin necə istifadə edəcəyi maraqlıdır.

 

Giqa Bedineişvilinin sözlərinə görə, İvanişvili aktivlərini gizlədə bilməyəcək: “Əlbəttə, İvanişvili həm var-dövləti, həm də hakimiyyəti özündə saxlamağa üstünlük verərdi, amma bu, mümkünsüz görünür. O, birini seçməlidir”.

 

Bildirilib ki, İvanişvili qərar qəbul edib siyasi addımlar atmasa, ABŞ və Böyük Britaniyadan əlavə sanksiyalar gələcək.

Seçilən
7
3
senzor.az

4Mənbələr