AZ

Berbokdan Putinə gözlənilməz çağırış: “Geri çəkilin!”

Almaniyanın xarici işlər naziri Annalena Berbok ölkəsinin Ukraynada sülh prosesinə rəhbərlik etməli olduğunu bildirib və Rusiya prezidenti Vladimir Putini hərbi əməliyyatları dayandırmağa çağırıb.

Publika.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

Onun sözlərinə görə, döyüşlər dayandıqda, Avropada müharibənin bir daha baş verməməsi üçün hər şeyi etmək lazımdır.

Berbok əlavə edib ki, təhlükəsizliyin təmin edilməsi təkcə Ukraynanı deyil, Moldova və Baltikyanı ölkələri də narahat edir.

Seçilən
11
publika.az

1Mənbələr