"Nürnberq"in azərbaycanlı hücumçusu Mahir Emreli Almaniya ikinci Bundesliqasının 19-cu turunun “Şalke” ilə qarşıdakı oyununda komandasına kömək edə bilməyəcək.
Bizim.Media xəbər verir ki, Emreli "Karlsrue" ilə görüşdə (2:1) mövsümdəki 5-ci sarı vərəqəsini alıb.
Bu isə Emrelinin cəzalı duruma düşməsi deməkdir.
Belə də, o, qarşıdakı çempionat oyununda oynamayacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta