AZ

Azad Vətən Partiyası Şəhidlər xiyabanını ziyarət etdi - FOTOLAR

Azad Vətən Partiyasının bir qrup üzvü 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib. 

"Cebheinfo.az" xəbər verir ki, partiya üzvləri şəhid məzarlarına güllər qoyub, onların ruhlarına dualar oxuyublar. 

Partiyanın sədri Akif Nağı bildirib ki, 20 Yanvar ağır olsa da, Azərbaycan tarixinin qürur günüdür:

"Bu tarix bizim üçün faciə və qürur günüdür. Faciələrimizi, düşmənlərimizi unutmamalı və daim qürurlu millət olaraq yaşamalıyıq".

"Cebheinfo.az"

Seçilən
1
1
cebheinfo.az

2Mənbələr