AZ

Qərənfil yetişdirənlər 20 Yanvarda yaşadıqlarını danışdılar - VİDEO

Bakıda sevgi, məhəbbət rəmzi kimi yetişən qərənfillər soyuq rus bazarlarında ən çox satılan güllər sırasında idi.
 
20 Yanvar faciəsindən sonra isə bu gül elə də çox əkilmədi. Sevgi gülünün matəm gülünə çevrilməsi sanki insanların əl-qolunu bağladı. Elә bil o qırğının bütün ah-naləsi qərənfillərin üstünə çökdü. Baku TV-yə danışan qərənfil yetişdirənlər əvvəllər bu gülün onların ailələrinə xoşbəxtlik gətirdiyini qeyd ediblər.
 
"Əvvəllər qazancımız qərənfildən gəlirdi. Elə adam var idi ki, əkdiyi qərənfilin pulu ilə övladını da evləndirirdi, maşın da alırdı", - deyə Əli Mirzəyev söyləyib.
 
"Rus ordusunun bizə güllə atmayacağına inanırdıq, - deyən qərənfil yetişdirən 20 Yanvar faciəsi zamanı yaşananlardan danışıb. - Güllənin dəyməyini gözümüzlə görürdük. Canını qurtara bilənlər də oldu, yaralananlar da, şəhid olanlar da. Həmin gün qərənfilləri atamın maşınına yığıb dəfn üçün Şəhidlər xiyabanına apardıq. O qədər gül yığılmışdı ki, hər yerdə qərənfil var idi".
 
Ətraflı videomaterialda:

Seçilən
3
3
moderator.az

4Mənbələr