AZ

İranda havanın çirklənməsi səbəbindən 50 min insan ölüb

İranın səhiyyə naziri Məhəmməd Rza Zəfərkəndi havanın çirklənməsinin ölkədə keçən il təxminən 50 min insanın ölümünə səbəb olduğunu bildirib.

"Cebheinfo.az" “Tesnim” xəbər agentliyinə istinadən xəbər verir ki, Zəfərkəndi Milli Təmiz Hava Günü Konfransında çıxış edib:

"Ölkəmizdə təxminən 50 min insan hava çirkliliyi səbəbindən həyatını itirib".

Havanın çirklənməsinin vurduğu iqtisadi ziyanın 12 milyard dollar civarında olduğunu qeyd edən Zəfərkəndi, "Beynəlxalq standartlar hər kubmetr havada 5 mikroqramdan çox hissəciklərin olmasını çirklilik olaraq qəbul edir, biz bunu 12 mikroqram olaraq təyin edirik. Öz meyarlarımıza görə, ölkəmizdəki şəhərlərdə ildə orta hesabla 247 gün çirkli hava yaşanır. Bu müddət paytaxt Tehran üçün 353 günə bərabərdir" deyib.

Nazir bəyan edib ki, Zabul havanın çirklənməsi baxımından ən çirkli şəhər, Senendec isə ən təmiz şəhərdir.

Tehranda havanın çirklənməsinə şəhərin hava sirkulyasiyasının qeyri-kafi olması, əhalinin sıxlığı, köhnə model avtomobillər və geniş istifadə olunan motosikletlərin buraxdığı işlənmiş qazlar səbəb olur.

Seçilən
41
12
cebheinfo.az

9Mənbələr