Cənubi Koreya Şimali Koreyanın raket-artilleriya hücumlarından müdafiə olunmaq üçün özünün "Dəmir günbəz"ini yaratmağa başlayıb.
Herbiand.az Cənubi Koreyanın Müdafiə Təminatı Proqramı Administrasiyasına (DAPA) istinadla xəbər verir ki, İsrailin “Dəmir günbəz”inə bənzər hava hücumundan müdafiə sistemi 2028-ci ilədək hazır olacaq.
Aşağı hündürlükdə hava hücumundan müdafiə sisteminin (LAMD) hazırlanması layihəsinin büdcəsi 480 milyard Koreya vonu (təxminən 329 milyon ABŞ dolları) qiymətləndirilir. Layihəyə Müdafiə İnkişafı Agentliyi, “LİG Nex1 Co”, “Hanwha Aerospace Co” və “Hanwha Systems Co” kimi şirkətlərə də cəlb olunacaq.