AZ

Bakıda bu qadını tapana pul mükafatı - Foto

Bakıda gənc qadın itkin düşüb.

Axar.az xəbər verir ki, bu barədə Oxu.az-a onun yaxınları məlumat veriblər.

Bildirilib ki, 2002-ci il təvəllüdlü Gülasər Mustafayeva 2024-cü il dekabrın 24-də səhər saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb.

Gənc qadının ailəsi onu tapana pul mükafatı da verəcəyini deyib.

Qadını görənlərdən (070) 431-33-39 nömrəsi ilə əlaqə saxlamaları və ya polisə məlumat vermələri xahiş olunur.

Seçilən
18
6
axar.az

8Mənbələr