AZ

Bakıda gənc ana itkin düşdü

Bakı şəhəri, Xətai rayonunda 22 yaşlı qadın 1 aydır itkin düşüb.

Yaxınlarının Lent.az-a verdiyi məlumata görə, 2002-ci il təvəllüdlü Gülasər Mustafayeva dekabrın 24-də səhər saatlarında yaşadığı ünvanda ailəsini və 2 yaşlı qız uşağını qoyaraq evdən gedib və bir daha geri qayıtmayıb.

Faktla bağlı polisə məlumat verilib.

Qeyd edək ki, 2 yaşlı körpə uşağa atası baxır. Uşaq günlərdir ağlayır və hər kəs pərişan haldadır. Keçən günləri və vəziyyətin ağırlığını nəzərə alaraq, qadını tapan şəxsə pul mükafatı veriləcəyi bildirilir.

Seçilən
20
11
demokrat.az

10Mənbələr