1990-cı il yanvarın 20-də xalqımızın azadlığı uğrunda mübarizə aparan ilk qəhrəmanlardan biri də şəhid Elçin İmanovdur. Qəlbi Vətən eşqi ilə döyünən 23 yaşlı qəhrəmanın bibisi Zeynəb Nəcəfova Elçinin şəhidlik zirvəsinə necə yüksəlməsindən danışıb:
"Qardaşı Fuad deyir ki, ermənilər Bakıya hücum edəndə Elçin tankların səsinə yuxudan ayılıb və hamını yataqxanadan çıxarıb. Həyətə düşəndə tankdan açılan atəş Elçinin ürəyinə dəyib. Fuadın sözlərinə görə, qardaşı həmin vaxt baxışları ilə sanki "məni xilas edin" deyirdi. Onu praktika keçdiyi xəstəxanaya aparmışdılar, elə oradaca həyatını itirib. Çox ağıllı uşaq idi. Tələbə yoldaşı ilə sevgili idi. Bütün arzuları yarımçıq qaldı".
Elçin İmanovun xatirəsi hər zaman böyük ehtiramla yad edilir. Salyanda yaşadığı küçə, Şirvanda isə oxuduğu məktəb onun adını daşıyır.
Daha ətraflı Baku TV-nin videomaterialında:
Mənbə: oxu.az