AZ

Məhşur sənətçi edama məhkum edildi - FOTOLAR

2023-cü ilin dekabrında Türkiyədən İrana deportasiya edildikdən sonra həbs olunan sənətçinin edam cəzasına məhkum edildikdən sonra beynəlxalq ictimaiyyətin diqqətini çəkib.

"Cebheinfo.az" "Etemad" qəzetinə istinadən verdiyi məlumata görə, Tataluya əvvəllər dini təhqir etdiyinə görə verilən 5 il həbs cəzası prokurorun etirazı ilə ləğv edilib.

Ali Məhkəmə işə yenidən baxıb və bu dəfə 37 yaşlı müğənnini peyğəmbəri təhqir etməkdə təqsirli bilib və ölüm hökmü çıxarıb. 

Qəzet “Prokurorun etirazı qəbul olundu və iş yenidən başladıldı. Bu dəfə müttəhimə ölüm hökmü çıxarılıb” deyə bildirib.

İranda çıxan “Front Page” qəzeti də təsdiqləyib ki, Tehran Birinci Cəza Məhkəməsi yenidən məhkəmə prosesində Tataluya ən ağır cəza verib. Sənətçi deportasiya olunduğu 2023-cü ilin dekabrından İranda həbsdə idi.

Tatalu illərdir İranda mübahisəli fiqur kimi tanınır. Məşhur müğənninin keşməkeşli keçmişi indi onu tarixin ən sərt məhkəmə qərarlarından biri ilə üz-üzə qoyub. Hadisə İranda ifadə azadlığı ilə bağlı müzakirələrə də səbəb olub.

Seçilən
24
cebheinfo.az

1Mənbələr