20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti və struktur bölmələrinin rəhbərləri Şəhidlər xiyabanını ziyarət edib.
Bizim.Media xəbər verir ki, bu barədə ANAMA məlumat yayıb.
Qeyd edilib ki, ölkəmizin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş Azərbaycanın qəhrəman övladlarının əziz xatirəsini dərin ehtiramla yad edərək, məzarları üzərinə güllər düzüblər.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta