Azərbaycan Milli Elmlər Akademiyasının kollektivi 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər.
Akademiyadan "İki sahil"ə bildirilib ki, elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin məzarları üzərinə qərənfillər düzüb, onların əziz xatirəsini ehtiramla yad edib, ruhlarına dualar oxuyublar.