AZ

Əhval-ruhiyyəni yaxşılaşdırmaq üçün beyin implantı sınaqdan keçiriləcək

Böyük Britaniyanın Milli Səhiyyə Xidməti insanın əhval-ruhiyyəsini yaxşılaşdıra biləcək beyin implantını sınaqdan keçirəcək.

Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” qəzeti yazıb.

“Aparatlar depressiya, narkomaniya, obsesiv-kompulsiv pozğunluq və epilepsiya kimi xəstəlikləri olan xəstələrə kömək etmək potensialına malik ola bilər”, - nəşr qeyd edib.

Qurğu neyron qruplarını “işə salmaq” üçün xüsusi ultrasəs impulsları ötürəcək. Onun təhlükəsizliyi və dözümlülüyü təxminən 30 xəstədə yoxlanılacaq.

Seçilən
16
7
avtosfer.az

10Mənbələr