AZ

62 yaşlı kişi itinə görə elektron qolbaqda gəzəcək

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Kürdəmirdə itinə görə qonşusunu döyən 62 yaşlı şəxsə hökm oxunub.
Oxu.Az "Qaynarinfo"ya istinadən xəbər verir ki, hadisə Kürdəmir rayonunun Yenikənd kəndində baş verib.
Belə ki, 1963-cü il təvəllüdlü Yahyanın iti qonşusu Azadın arvadına hürüb. Azad isə Yahyaya irad bildirərək ona itini niyə açıq saxladığını soruşub.
Yahya onunla mübahisə edib, başı ilə Azadın sifət nahiyəsinə, əlindəki ağacla isə bədəninə vurub.
Məhkəmənin qərarı ilə Yahya Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. O, cəza çəkdiyi müddətdə elektron qolbaqda gəzəcək.
Seçilən
28
50
oxu.az

10Mənbələr