AZ

Serbiyada qocalar evində yanğın - 8 ölü var

Serbiyanın paytaxtı Belqradda yerləşən qocalar evində baş verən yanğında 8 nəfər ölüb.

Gundem.az  bildirir ki, bu barədə RTS telekanalı məlumat yayıb.

Daha 7 nəfər isə xəsarət alıb.

Gecə saat 03.30 radələrində baş verən yanğın zamanı binada 30 nəfər olub.

Qocalar evinin otaqlarından birində döşəyi yandıran şəxsin yanğına səbəb olduğu versiyasına baxılır. /APA 

Seçilən
17
5
gundem.az

9Mənbələr