AZ

“Səbail” daha bir legionerlə ANLAŞDI

“Səbail” yeni futbolçu ilə anlaşmaq üzrədir. “Dənizçilər” Almaniyadan gələn Coy-Slayd Mikelsi baxışdan keçirir.

Bizim.Media xəbər verir ki, 30 yaşlı vingerin son klubu “Ay-Yıldızspor” olub.

O, daha öncə İsveçrədə “Aarau”nun və Norveçdə “Strommen”in şərəfini qısa müddət qoruyub. Futbolçunun karyerasının böyük hissəsi Almaniyanın aşağı dəstə komandaları ilə bağlıdır.

Olayın ən maraqlı tərəfi onun ölkəmizdə oynayacaq 3-cü Mikels olmasıdır. Coy-Slaydın qardaşlarından Coy-Lens “Sabah”ın, Leroy “Şamaxı”nın şərəfini qoruyur. “Səbail” transferi reallaşdırsa, Konqo əsilli almaniyalı 3 qardaş eyni vaxtda müxtəlif klublarımızın formasını geymiş olacaq.

Onların hamısının sol cinah hücumçusu olması da maraqlı məqamdır. Leroydan fərqli olaraq, digər iki qardaş əkizdir.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
5
50
bizim.media

10Mənbələr