ABŞ Meksika ilə sərhəddə fövqəladə vəziyyət elan edəcək
ABŞ Prezidenti Donald Tramp bazar ertəsi Meksika ilə sərhəddəki vəziyyətlə əlaqədar fövqəladə vəziyyət elan edəcəyini və ora qoşun göndərəcəyini bildirib.
Demokrat.az xəbər verir ki, Tramp bunu andiçmə mərasimində çıxışı zamanı bildirib.
“Əvvəlcə cənub sərhədimizdə fövqəladə vəziyyət elan edib, cənub sərhədinə qoşun yeridəcəyəm”, - dövlət başçısı vurğulayıb.