Bakı. Trend:
Qanlı 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar ölkəmizinAvropa Şurası yanında daimi nümayəndəliyində Strasburqda yaşayanAzərbaycan icmasının üzvlərinin iştirakı ilə anım tədbirikeçirilib.
Azərbaycan Respublikasının Avropa Şurası yanında daiminümayəndəliyindən Trend-ə verilən məlumata görə, tədbirdə əvvəlcəxalqımızın azadlığı, dövlətimizin müstəqilliyi uğrunda mübarizədəcanlarından keçən həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəliksükutla yad edilib.
Anım mərasimində çıxış edən daimi nümayəndə Fəxrəddin İsmayılovölkəmizin müstəqillik mübarizəsində 1990-cı il yanvarın 19-dan20-nə keçən gecə baş vermiş hadisələrdən bəhs edib, Qara Yanvarhadisəsinin xalqımız üçün bir qanlı fəciə olmaqla yanaşı,millətimizin qəhrəmanlığı, yenilməz iradəsinin bir rəmzinəçevrildiyini söyləyib. O, üstündən 35 il keçməsinə baxmayaraq,sovet qoşunlarının Azərbaycanda törətdiyi qırğının ağrı-acısınınunudulmadığını və şəhidlərimizin xatirəsinin xalqımızın qəlbindəəbədi yaşadığını bildirib. Daimi nümayəndə Azərbaycanın üzləşdiyifaciənin artıq ertəsi günü Ulu Öndər Heydər Əliyevin SSRİ-ninpaytaxtı Moskvada ədalətin təmin edilməsi üçün Qanlı Yanvarqırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdiyini vəxalqımızın başına gətirilən müsibəti dünyaya çatdırdığını qeydedib.
F.İsmayılov ölkəmizə ərazi iddialarının irəli sürülməsi vəErmənistandan azərbaycanlıların zorla qovulması ilə başlayan, 20Yanvar faciəsi və hərbi işğalla davam edən məşəqqətli tarixi dövrünMüzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi sayəsindəölkəmizin ərazi bütövlüyünün, suverenliyinin tam bərpası ilə sonaçatdığını, xalqımız və ölkəmiz üçün artıq yeni bir tarixi dövrünbaşladığını deyib.
Çıxışlardan sonra Azərbaycan Televiziyasının hazırladığı vəQanlı Yanvar hadisələrindən bəhs edən sənədli film nümayişolunub.