AZ

QHT sədrinin müəllimə işləyən qızı faciəvi şəkildə həlak oldu

Azərbaycanın İşğaldan Azad EdilmişƏrazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılovun qızı Zöhrə İsmayılovanı avtomobil vuraraq öldürüb.

Teleqraf.com-un əldə etdiyi xəbərə görə, hadisə yanvarın 20-də səhər saatlarındaMərdəkan-Zağulba avtomobil yolunun Buzovna qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.

Yolu keçmək istəyən 40 yaşlı Zöhrə Faiq qızı İsmayılovanı avtomobil vurub. Sürücü yaralını 3 saylı Şəhər Kliniki Xəstəxanasına (Sabunçu xəstəxanası) çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Ali təhsili Z.İsmayılova 4 nömrəli xüsusi internat məktəbində müəllim işləyirmiş. Hadisə o, işə getmək üçün avtobus dayanacağına keçmək istəyən zaman baş verib.

Z.İsmayılovanın 3 övladı var.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com
Seçilən
9
1
teleqraf.com

10Mənbələr