AZ

Mədəniyyət Nazirliyinin kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini yad edib – FOTO

1990-cı ilin 20 yanvarında baş verən hadisələr Azərbaycan tarixinin təkcə faciə yox, həm də qürur və şərəf səhifəsidir. 35 il öncə 70 illik mürtəce imperiyanın pəncəsindən qurtulmağa çalışan, ərazi bütövlüyünün pozulmasına etiraz edən, suveren hüquqlarının müdafiəsinə qalxan Azərbaycan xalqının milli iradəsinə qəsd olundu. Yanvarın 20-nə keçən gecə Sovet ordusu əliyalın insanlara qarşı misli görünməmiş qəddarlıq nümayiş etdirdi. Xalqımız azadlığın, müstəqilliyin əvəzsiz nemət olduğunu, onu canından da əziz bildiyini dünyaya bəyan etdi. O məşum gecə şəhadət şərbətini içən 150 nəfərədək vətəndaşımız xalqımızın istiqlal mübarizəsinin şahidləri kimi adlarını müasir tariximizə əbədi həkk etdirdilər.

Ötən dövrdə xalqımız 20 Yanvar şəhidlərinin xatirəsini böyük hüzn və qürur hissi ilə qeyd edir. Yanvarın 20-də – Ümumxalq Hüzn Günündə Mədəniyyət Nazirliyinin rəhbərliyi və kollektivi Şəhidlər xiyabanını ziyarət edərək milli mücadilə uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının ölməz ruhları qarşısında ehtiramlarını bildiriblər.

Nazirlikdən Doğru.az-a bildirilib ki, şəhidlərin məzarları önünə tər qərənfillər düzülərək əziz xatirəsi yad olunub.

Anım mərasimində paytaxtımızda fəaliyyət göstərən, Mədəniyyət Nazirliyinin tabeliyindəki qurumların əməkdaşları da iştirak ediblər.

DOĞRU.AZ

image-17373628261881949274_1200x630 image-17373628263049439422_1200x630 image-17373628266041530308_1200x630

Seçilən
4
12
dogru.az

10Mənbələr