AZ

A Seriyası: “Komo” “Udineze”ni darmadağınla yola saldı

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2024/2025-ci illər mövsümünün 21-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında autsayderlər qrupunda qərarlaşmış “Komo” doğma meydanda “Udineze” ilə qarşılaşıb. Beş qolun qeydə alındığı bu oyunda meydan sahibləri darmadağına seviniblər. “Komo” bu qələbə sayəsində xallarının sayını 22-yə çatdıraraq 13-cü pilləyə yüksəlib.

A Seriyasında 21 turdan sonra 50 xala malik “Napoli” vahid liderdir. Son çempion “İnter” 47 xalla ikinci, “Atalanta” 43 xalla üçüncüdür. “Latsio”nun 39, “Yuventus”un 37, “Fiorentina” və “Bolonya”nın 33, “Milan”ın 31, “Roma”nın 27, “Udineze”nin 26 xalı var.

İtaliya, A Seriyası
21-ci tur
17 yanvar

Roma – Cenoa 3:1
Qollar: Dovbik, 25. El Şaaravi, 60. Leali, 73-öz qapısına – Masini, 33.

18 yanvar

Bolonya – Montsa 3:1
Qollar: Kastro, 22. Odqard, 34. Orsolini, 69 – Maldini, 4.

Yuventus – Milan 2:0
Qollar: Mbanqula, 59.

Atalanta – Napoli 2:3
Qollar: Reteqi, 16. Lukman, 55 – Politano, 27. Maktominey, 40. Lukaku, 78.

19 yanvar

Fiorentina – Torino 1:1
Qollar: M.Kin, 38 – Ginetis, 70.

Kalyari – Leççe 4:1
Qollar: Qaetano, 60. Luperto, 65. Zortea, 80. Obert, 83 – Pyerotti, 42.

Parma – Venesiya 1:1
Qollar: Hernani, 56-pen – Pohyanpalo, 20-pen.

Verona – Latsio 0:3
Qollar: Jiqo, 2. Dia, 21. Zakkayni, 58.

İnter – Empoli 3:1
Qollar: L.Martines, 55. Dumfris, 79. Türam, 89 – Espozito, 83.

20 yanvar

Komo – Udineze 4:1
Qollar: A.Diao, 5. Strefezza, 44. Biyol, 78-öz qapısına. N.Pas, 90+1 – Payero, 50.

Seçilən
22
11
arena.az

10Mənbələr