AZ

İranlı reperə edam cəzası verildi

İran məhkəməsi “Tataloo” səhnə adı ilə tanınan məşhur reper Əmir Hüseyn Məqsudlu haqqında ölüm hökmü çıxarıb.

Yenisabah.az xəbər verir ki, musiqiçi dini həqarətdə, o cümlədən də Məhəmməd peyğəmbərin statusunu təhqir və inkar etməkdə təqsirli bilinib.

Jurnalistlər qeyd ediblər ki, hökm qəti deyil və hələ də apellyasiya şikayəti verilə bilər.

37 yaşlı reper 2018-ci ildən Türkiyə polisi onu 2023-cü ilin dekabrında İrana təhvil verənə qədər İstanbulda yaşayıb. O, həmin vaxtdan İranda həbsdədir.

O, həmçinin fahişəliyi təbliğ etdiyi üçün 10 il müddətində azadlıqdan məhrum edilib./Axsam.az


Telegram kanalımız
Seçilən
4
4
yenisabah.az

7Mənbələr